Ulu Öndər Heydər Əliyev konsertdən qaçmaq istəyən tələbələrə nə demişdi? – FOTO/VİDEO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə onu şəxsən tanımış, dövlət qulluğunda və peşə həyatında bu böyük insanın dəstəyini görmüş ziyalı bir xanımla həmsöhbət olduq. Quba şəhər sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi Elza Orucova Bizim.Media-ya müsahibəsində Heydər Əliyevlə tanışlığından, onun sayəsində uzun illər dövlət qulluğunda çalışmasından danışıb. Pedaqoq 1969-ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kursunda oxuyarkən filarmoniyada konsert zamanı gördüklərini belə nəql edib:

Qaçmaq istəyirdik ki, başımın üstündə boy-buxunlu, yaraşıqlı birini gördük...

“Dövlət Filarmoniyasında kamera orkestrinin konserti təşkil olunmuşdu. Dərsdən sonra 5 nəfər əlaçı tələbə həmin konsertə dəvət olunmuşduq. Düzü, biz tələbələrə maraqlı olmadığından konsert zalından qaçmaq istəyirdik. Fasiləni gözlədik. Zaldan çıxmaq istəyirdik ki, bir də gördük başımızın üstündə boy-buxunlu, yaraşıqlı biri - Heydər Əliyev dayanıb. Yanında da Zərifə xanım... Soruşdu ki, konsert xoşunuza gəldimi? Özümüzü itirdik. Heydər Əliyev başa düşdü ki, biz konsertdən qaçmaq istəyirik. O, hər birimizlə ayrı-ayrılıqda söhbət elədi. Hansı rayondan olmağımızla maraqlandı. Çox maraqlı söhbətlərilə yadda qaldı. O hadisədən sonra tez-tez filarmoniyaya gedirdik ki, bəlkə Heydər Əliyevi görək”.

Heydər Əliyevin natiqliyi...

Elza Orucovanın sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevi ikinci dəfə 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində görüb. Həmin tədbirdə çıxış edən Heydər Əliyevin natiqliyi və Azərbaycan dilində çox səlis danışığı onu valeh edib.

Müsahibimiz deyir ki, Jurnalistika fakültəsini bitirəndən sonra bir müddət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Daha sonra Heydər Əliyevin tapşırığı ilə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İkinci ali təhsildən sonra doğma Quba rayonuna qayıdan Elza Orucova burada Quba Xalq Deputatları Sovetinin sədrinin 1-ci müavini, rayon partiya komitəsində təlimatçı və icra başçısının müavini kimi məsul vəzifələrdə çalışıb. Daha sonra 16 il Quba şəhərindəki Heydər Əliyev mərkəzinin direktoru işləyib.

Bəlkə, səni başçı öyrədib?

Elza Orucova Heydər Əliyevin anadan olmasının 75 illiyində ondan şəxsən Qubada park salınmasını xahiş etdiyindən də söz açıb:

"1997-ci il may ayının 6-da Bakıda Heydər Əliyevdən 75 illiyi münasibəti ilə adına park salınmasına icazə verməsini xahiş etdim. Gülümsədi, dedi, bəlkə səni başçı öyrədib? Dedim-yox, qubalıların adından gəlmişəm".

Qubada hazırda 7 hektarlıq ərazidə fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının təşəbbüskarı, bunun o zaman üçün ilk olması ilə qürur duyan Elza Orucova qazandığı bütün uğurların dahi şəxsiyyət Heydər Əiyevin müstəsna rolu sayəsində reallaşdığını deyir.

Dahi şəxsiyyətin anım günündə ruhuna rəhmət diləyən Elza Orucova milli liderin Azərbaycan xalqının xilaskarı kimi həmişə tarixdə və yaddaşlarda yaşayacağını bildirdi.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

Meşə yanğınlarını söndürən iki helikopter havada toqquşdu - ANBAAN VİDEO

Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO

Yamalda meşə yanğınları genişlənir: Alov magistral yollara çatıb - VİDEO

"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarıldı

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

Omsk Neft Emalı Zavodu partladı - VİDEO

Omsk Neft Emalı Zavodu partladı - VİDEO

Günün ən gülməli VİDEOSU: İt pişiklə dostlaşmaq istəyir, pişik isə... - VİDEO

Günün ən gülməli VİDEOSU: İt pişiklə dostlaşmaq istəyir, pişik isə... - VİDEO

Belarus da HÜCUMA HAZIRLAŞIR? - Ukrayna sərhədində desant briqadası yaradır

Belarus da HÜCUMA HAZIRLAŞIR? - Ukrayna sərhədində desant briqadası yaradır

Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım - FOTO

Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım - FOTO

Ukraynada bəzi yanacaqdoldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyuldu

Ukraynada bəzi yanacaqdoldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyuldu

Tramp paylaşımlarına görə PUL QAZANACAQ

Tramp paylaşımlarına görə PUL QAZANACAQ

Odessa sahillərində dron tapıldı - SAKİNLƏR QORXMUR - VİDEO

Odessa sahillərində dron tapıldı - SAKİNLƏR QORXMUR - VİDEO

Rusiya ordusu ötən ay rekord itkilər verib

Rusiya ordusu ötən ay rekord itkilər verib

Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU

Mina partlayışında xəsarət alan şəxsin SON DURUMU

Braziliyada Lula da Silva 4-cü prezidentlik müddəti uğrunda mübarizəyə başlayır

Braziliyada Lula da Silva 4-cü prezidentlik müddəti uğrunda mübarizəyə başlayır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Pişiklərə qulluq etmək üçün 4 könüllü axtarılır

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Rubik kubikini gözləri bağlı 11,56 saniyəyə yığdı - Dünya rekordunu yenilədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Zelenski Rusiyanın hərbi obyektlərinə endirilən zərbələri təsdiqlədi - VİDEO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

Rusiya ROZETKA-nın ən böyük anbarını yenidən hədəfə aldı - FOTO

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

ABŞ-da ən böyük volfram yatağı aşkar edildi

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Hacıqabulda ağır qəza: Sürücünün həyat yoldaşı HƏLAK OLDU

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər HƏBS EDİLDİ

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“AzerGold” QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirildi - FOTO

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

“İlanlı qız” psixiatriya xəstəxanasına göndərildi

End of content

No more pages to load

RADİO