Putinin və ermənilərin sədaqətli nökəri - Lavrov getsə...

Rusiya xarici işlər naziri Sergey Lavrovun tezliklə vəzifədən gedəcəyi xəbəri yayılıb. Xəbərə görə, o, yorulduğu üçün işindən getmək istəyir. Lakin prezident Vladimir Putinin inadlı xahişindən sonra prezident seçkisinədək vəzifədə qalmağa razılaşdığı bildirilir. Maraqlıdır ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz şefinin XİN-i tərk edib-etməyəcəyi barədə məlumatsız olduğunu söyləyib. Yəni xəbəri nə təsdiq, nə də təkzib edib.

Arayış üçün bildirək ki, dünən – martın 21-də 68 yaşı tamamlanan Sergey Lavrov 14 ildir fasiləsiz olaraq, Rusiya kimi qüdrətli bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edir. Onu şübhəsiz, Putinə ən sədaqətli kadrlardan biri və bəlkə də birincisi saymaq olar. Yoxsa bu qədər müddətdə postunda qala bilməzdi. Amma təkcə Putinə sədaqət hesabınamı o, yüksək vəzifədə duruş gətirə bilib?

Bu barədə az sonra. Hələlik bunu vurğulayaq ki, Lavrovun gedişi ilə ola bilsin, Rusiyanın konkret olaraq Dağlıq Qarabağ siyasətində ciddi dəyişiklik olmasın. Çünki Kremlin xarici siyasət kursunu, – Qarabağ məsələsi də bura daxildir, - XİN başçısı yox, məhz prezident müəyyən edir. Hərçənd, erməni kökənli Lavrov-Kələntərov bu siyasətə illər uzunu ermənilik elementləri qata bilib. Erməni erməni olmazdı hər işdə öz xislətindən bir nişanə saxlamasaydı.

Lavrov

Bu mənada Lavrovun XİN rəhbərliyindən getməsi Azərbaycan üçün ən əvvəl psixoloji önəm daşıyır. Hər halda, Rusiya baş diplomatı postunda erməni əsilli biri qaldıqca Azərbaycan toplumunda Rusiyaya etimad çətin ki, yaxşıya dəyişsin. Həm də o səbəbə ki, Sergey Lavrov Rusiyada erməni lobbisinə bağlı ən yüksək çinli şəxsdir. Onun himayəsi altında XİN-də, Rusiyanın müxtəlif dövlət orqanlarında və KİV-də güclü erməni şəbəkəsi kök salıb və bu şəbəkənin əli yetərincə uzundur.

Lavrovun vəzifədən getməsi ilə həmin şəbəkənin “krışası”, yaxud lobbinin mühüm siyasi dayaqlarından biri yəqin ki, aradan getmiş olacaq. Söz düşmüşkən, məhz Lavrovun başçılıq elədiyi həmin şəbəkə Azərbaycana ermənipərəst birisini – Georgi Zuyevi səfir kimi sırımaq istəyirdi (Bakıda Rusiya səfirinin postu hələ də boşdur). Bundan əlavə, İran kimi bizim üçün mühüm bir dövlətdə Rusiyanı səfir qismində illərdir məhz Levan Çiqaryan ad-soyadlı erməni təmsil edir və daima Bakı-Moskva (Tehran), Ankara-Moskva (Tehran) münasibətlərinin təməlini qazımaqla məşğuldur.

Erməniləri xeyli məmnun edən “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” məlum bəyanatı da Lavrova məxsusdur. Bu, onun anonsudur ki, sabah Qarabağda antiterror əməliyyatı başlasa,xa0 Lavrovun erməni damarı dərhal tutacaq və həm təbliğati, həm də başqa anlamda bütün “dolağı” ilə əleyhimizə işləyəcək. Onun nahaq yerə, Rusiyadakı ermənilərin “boz kardinal”ı adlandırmırlar ki. Təsadüfi deyil ki, prezidenti İlham Əliyev keçən yay Soçidə Putinlə təkbətək görüşü zamanı öncəliklə Lavrova işarə vuraraq, Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələrin olduğunu demişdi...xa0

Lavrov
Qayidaq istefa məsələsinə. Diqqət edildi yəqin, Sergey Lavrovun getməsini Putin yox, Lavrovun özü istəyir. Yəni onun işindən Kreml başçısı razıdır. Əks halda Putin onu çoxdan işdən qovmuşdu. Bu xüsusda istisna deyil ki andiçmədən sonra yeni hökumət formalaşarkən Putin onun qalıb işləməsində israr edə bilər. Daha bir səbəbdən.

Məsələ ondadır ki, Rusiyanın Qərblə münasibətlərinin korlanmasında və hazırkı kritik, hətta böhranlı vəziyyətə gəlməsində Lavrovun müstəsna “xidməti” var. Bunu da unutmaq olmaz kixa0 ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna qatı anti-Rusiyaçı Maykl Pompeonu gətirmək qərarı verib və onun namizədliyinin Senatdan keçməsi ehtimalı kifayət qədər yüksəkdir.

Yəqin ki, Putin bu amili də nəzərə alacaq və Senatın qərarını gözləyəcək. Əgər o, ABŞ və Avropa ilə konfrontasiya kursunda maraqlı olacaqsa, o zaman mümkün ki, Lavrovun qalmasında israr eləsin və ya ən azı, onun kimi sərt birisini bu vəzifədə görmək istəsin.

İstənilən halda, Lavrovun gedişi həm Qərblə, ABŞ-la münasibətlərə, həm də Qarabağ danışıqlar ətrafındakı duruma ümidverici bir ab-hava gətirər, sülh danışıqlarına gümrahlıq, Bakı-Moskva münasibətlərinə isə müəyyən həlimlik və proqnoza yatımlılıq qata bilər - bir şərtlə ki, xələfi ona “rəhmət” oxutduran biri olmasın...(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın tərəfdarı Kolumbiyada yeni president kimi TƏSDİQLƏNDİ

Trampın tərəfdarı Kolumbiyada yeni president kimi TƏSDİQLƏNDİ

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Balın xarlaması onun saxta olması demək deyilmiş

Balın xarlaması onun saxta olması demək deyilmiş

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Xəstəxanalarda növbə olmayacaq

Xəstəxanalarda növbə olmayacaq

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

End of content

No more pages to load

RADİO