Venesuelada cəmi 39 saniyə fərqlə baş verən 7.5 və 7.2 gücündəki dağıdıcı zəlzələlərdən sonra kritik vəziyyət yaşanır.
Bizim.Media xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) ard-arda yaşanan hər iki yeraltı təkanın ölkədə ciddi dağıntılara yol açdığını bəyan edib.
Vətəndaşların mobil telefon kameraları ilə qeydə aldığı videolarda zəlzələdən sonra magistral yollarda və küçələrdə dərin yarıqlarının yarandığı görünür. Bəzi məntəqələrin iki yerə ayrılması fəlakətin nə dərəcədə güclü olduğunu sübut edir.
Qeyd edək ki, Venesuelanın Prezidenti Delsi Rodriqes paytaxt Karakasda keçirdiyi mətbuat konfransında zəlzələ nəticəsində ölənlərin sayının 32-yə çatdığını, yaralıların sayının isə 700-ü keçdiyini açıqlayıb. Dağıntılar altında qalanların axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirən Rodriqes, ölənlərin sayının artacağından narahatlığını ifadə edib.
Bizim.Media