Kolumbiya Milli Seçki Şurası Abelardo de la Esprielyanı ("Vətənin müdafiəçiləri" hərəkatı) ölkənin yeni prezidenti kimi rəsmi təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Kolumbiyanın RCN telekanalı məlumat yayıb.
"Kolumbiya vətəndaşı Abelardo Qabriel de la Esprielya Otero 2026-2030-cu illər dövrü üçün ölkə prezidenti seçilib", - deyə ali seçki orqanının nümayəndəsi Xayme Ernando Suares bildirib.
Yeni seçilmiş dövlət rəhbərinin inaqurasiya mərasimi avqustun 7-nə təyin edilib.
Səsvermənin yekun rəqəmlərinə əsasən, Abelardo de la Esprielya 12.96 milyon vətəndaşın etimadını qazanmağa müvəffəq olub. Onun əsas siyasi rəqibi, ölkənin hazırkı rəhbərinin təmsil etdiyi "Tarixi pakt" partiyasının namizədi İvan Sepeda isə 12.7 milyon səs toplayıb.
Xatırladaq ki, yeni dövlət başçısı ABŞ prezidenti Donald Trampın regional tərəfdarlarından biri və onun siyasi xəttinin fəal dəstəkçisi kimi tanınır.
Bizim.Media