Çoxstandartlı reallıqlar və ya Şərqlə Qərb arasında

Yazıçı Aqşin Yenisey alman filosofu Fridrix Yungerdən maraqlı bir sitat gətirib. Yunger Şərq adamı ilə Qərb adamının fərqini belə təsvir edir: "Şərq adamı monoloqu, Qərb adamı isə dialoqu xoşlayır."

Amma, deyəsən, Yungerdən sonra Şərqlə Qərbin yeri bir az dəyişib. Şərq adamı dialoqa meyllənib, Qərb adamı da dialoq haqqında monoloq söyləməyə. Nəticədə Şərqlə Qərb bir yerdə toqquşur və Yer sözün bütün mənalarında insanların ayaqları altından qaçır.

Dünya hər il İrlandiya boyda torpaq itirir. Hər il itirilən 7 milyon hektar torpaqda 900 milyon insan yaşayır. Ancaq bu, Dünya liderlərinin vecinə deyil. Böyük-böyük dövlətlərin başçıları cılız hisslərlə, xırda motivlərlə hərəkət edir.

Uzun zamandır, ikili standartlar haqqında danışırıq, deyirik. İndi artıq Dünya elə yerə gəlib çıxıb ki, iki standart da, necə deyərlər, azlıq edir. Artıq çoxstandartlı, ya da heç bir standartı, heç bir ölçü hissi, durğu işarəsi, "qırmızı xətt"lər, mənəvi hədlər tanımayan (bütün bunların tanınmadığı) Dünyaya gəlib çıxmışıq.
 

Daha əvvəl də yazdığım kimi, Dünyada söz yiyəsi olanlar öz sözünün yiyəsi deyil. Daxili Konstitusiyası, mənəvi onurğası, əxlaqi sütunları olmayan adamlar Dünya siyasətində at oynadır, meydan sulayır, ehkam kəsirlər. İnsan hüquqları adı altında, məsələn, insanların hüquqları tapdalanır. Xoşbəxt gələcək vədi ilə insanların nəinki bugünkü xoşbəxtliyi, ümumiyyətlə, bütün gələcəyi qəsb edilib əlindən alınır. Örnəyi: Ukrayna! Adamların başının üstündə damı, ayağının altında torpağı, süfrəsində çörəyi, gözlərində ümid var idi. Ukraynalının əlindən bütün bunları alıb Avroatlantika xülyası verdilər. Nəticəsini də hamı görür.


Kimdir günahkar?! Birinci növbədə Qərbin "çoxstandartlı" siyasi kələkbazları. Həmin o Avropa Parlamentində oturanlar, məsələn. LGBT deyilənə o qədər geniş meydan verdilər ki, ortada nə kişi qaldı, nə kişi sözü. Bu cür mənəvi bataqlığa bulaşmış adamlar ayrı-ayrı ölkələrin, xalqların taleyini bəlirləmək, yolunu cızmaq, yönünü açmaq iddiasına düşüblər. Ortada gün kimi aydın olan həqiqətləri bir kənara buraxıb, yalan üzərində siyasət qururlar.

Dünən futbol matçı var idi; "Qarabağ' "Ayaks"a uduzdu. Hamı Avropalı hakimdən narazıdır. Uduzan da ədalətsizliyi gördü, udan da. İndi biz Ermənistanla bir meydanda qarşı-qarşıyayıq.

Birinci hissə müharibə idi, hərbi qələbə qazandıq, ikinci hissə sülh gündəliyidir, diplomatik qələbə qazanmaq əzmindəyik.

Əslində adil sülh hər iki tərəfin qələbəsi deməkdir. Ancaq Avropa siyasətində nə görürük?! Bizi öz aləmində zorla Ermənistana uduzdurmaq istəyir. Gah haqsız yerə "qırmızı kart" göstərir, gah qapımıza əsassız yerə "cərimə zərbəsi"ni təyin edir. Rəqib qaydaları pozur, oyunçumuz zədələnir, oyundankənar vəziyyətdən qol "yeyirik", hakim isə bütün bunları "görmür".

Qarşılaşdığımız reallıqlar! Avropanın bizə qarşı siyasəti, bax, bu cürdür. Avropa İttifaqı ən əsas ticarət tərəfdaşımızdır, amma Avrodeputatlar Avropa İttifaqının qapılarını üzümüzə bağlamağa çağırırlar. Azərbaycana qarşı haqsız, yersiz, əsassız tələblərlə və hökmlərlə dolu bir qətnamə qəbul ediblər. Bu, COP 29 iqlim konfransından - Dünyanın bu günü və gələcəyinə görə məsuliyyətdən qaçmaq cəhdi deyil də, nədir?!

ABŞ prezidentindən tutmuş Avropa deputatlarına qədər hamısı iqlim zirvəsini qəsdən siyasiləşdirirlər. Niyə?! Səbəbi: Dünyanı gətirib çıxardıqları ekoloji fəlakətdən xilas etmək istəmirlər; qlobal iqlim fonduna ianə etməkdən qaçırlar. Bu qlobal istiləşməni, bu fəlakətli iqlim dəyişmələrini, bu Planetar kataklizmləri başımıza açan nəhəng sənaye ölkələri əllərini daşın altına qoymaq istəmirlər.

Dünyada əhali artır, resurs tükənir, artıq su qıtlığı ilə təhdid olunuruq. BMT səviyyəsində araşdırılıb ortaya bir acı gerçək qoyulub: artıq bəşəriyyəti müharibələrdən də çox təhdid edən təhlükələr və bəlalar təbiətdən gələcək. Gəlir də. Amma böyük dövlətlər iqlim fonduna ayırmalardan yayınmaq üçün kiçik bəhanələrə tutunublar.

Bax, bu cür məsuliyyətsiz adamlar Dünya siyasətini müəyyən edirlər. Nə yazıq ki!
 

ABŞ kimi superdövlətin seçkilərinə baxın. Təhqirdən terrora qədər hər şey var. Mənəvi dəyərləri, əxlaqi ölçüləri bir yana, koqnitiv imkanları belə bu nəhəng dövləti idarə etməyə yetməyəcək adamlar amansız siyasi savaşla Amerika boyda cəmiyyəti tən ortadan bölüb qarşı-qarşıya gətiriblər. Bir-birindən cəmi 3-5 faiz fərqlə gah bu, gah o biri nanizəd önə çıxır. Bu, nə deməkdir?! O deməkdir ki, toplum iki ifrat siyasi qütbə bölünüb; birləşdirici bir müdrik və xarizmatik lider yoxdur. ABŞ-ın öz rəsmi strukturları, öz siyasi kəşfiyyatı, öz "beyin mərkəzləri" həyəcan təbili çalır. Namizədlərdən birinin səsvermənin nəticələrini tanımayacağı indidən bəyan edilir. Seçkidən sonra qarşıdurma, iğtişaş olacağını bəri başdan söyləyirlər.


Budur! Öz içində dinc, normal, ədəb-ərkana uyğun seçki keçirə bilməyənlər, başqalarına hansı nümunəni göstərəcəklər? Öz cəmiyyətini kəskin cinahlara bölüb bir-birilə vuruşduran siyasətçilər başqa ölkələri dağıdanda niyə təəccüblənirik ki?! Seçiləcəyi halda öz ölkəsini indidən diktatura ilə, rəqiblərini repressiya ilə hədələyənlər başqa ölkələrə demokratiya gətirəcək, ya insan hüquqları-filan?! Seçki kampaniyasında namizədə terror, sui-qəsd edilən dövlət, başqalarına qarşı da bunları edər, hələ o yana da keçər. Necə ki, keçir! Dünyanı üçüncü dəfə Dünya Müharibəsinin astanasına gətirib çıxaranlar kimlərdir?! Əlbəttə, bu cür səbatsız, məsuliyyətsiz siyasətçilər.

Bəli, hər il İrlandiya boyda bir torpaq parçası yoxa çıxır. Dünya sözün təkcə rəqəmsal mənasında yox, fiziki ölçülər mənasında da kiçilir, aşınır, ovulub səpələnir. Buzlaqlar əriyir, bütün Planeti daşqınlar basıb. Bir yandan susuzluqdan yanan Dünyanı, o biri yandan su basıb.

Meşə yanğınları tüğyan edir. Çaylar quruyur, göllər yoxa çıxır, dənizlər çəkilir. Quraqlıq, getdikcə aclıq təhlükəsinin miqyasını böyüdür. Dünyanın iki böyük taxıl ölkəsi - Rusiya və Ukrayna bir-biri ilə qanlı, dağıdıcı savaşdadır. Təbiətin də "sürpriz"ləri bitmir; adamları öz evinin içində ildırım vurur. Yeni, dəhşətli xəstəliklər yayılır. Floridada, məsələn, daşqından sonra "adamyeyən" bakteriyaya yoluxma halları çoxalıb; yaraya düşən mikroblar toxumaları yeyir, insanlar əllərini, ayaqlarını itirir...

Bütün bunlar Dünyada baş verir. Həm də Dünyanın gözləri önündə...

Azərbaycan yığışıb qlobal fəlakətlərdən çıxış yolları axtarmaq üçün platforma təqdim edib. COP 29-a ev sahibliyini üzərinə götürüb. Ancaq Azərbaycanın üzərinə gəlirlər. Problemlərin həlli üzərində birləşmək əvəzinə, hərə məsuliyyəti öz üzərindən atmağa çalışır. Bəhanələr də hazırdır: Azərbaycanda insan haqları, demokratiya, Ermənistanla sülh və sair.

Bunların COP 29-a nə dəxli var?! Allah eşqinə, siz deyin. Ermənistanla sülh gündəliyi iki ölkənin arasındadır. Sülh olacaq, ya olmayacaq, bunun COP 29-la, iqlim dəyişikliyi ilə hansı əlaqəsi var axı?! Azərbaycan Ermənistanla sülh imzalayan kimi dünyada qlobal temperaturmu düşəcək, atmosfer zərərli qazlardanmı təmizlənəcək, səhralarmı yaşıllaşacaq?! Bir-biri ilə müharibə edib, sülh imzalamamış o qədər dövlətlər var. Yaponiya ilə Rusiya, Rusiya ilə Norveç, Çinlə Hindistan, Hindistanla Pakistan arasında da hələ də dəqiqləşdirilməmiş sərhəd məsələləri var. Bunların da qlobal iqlimlə bir əlaqəsi yoxdur. Əksini düşünmək absurd olardı.O zaman nə üçün Azərbaycanda COP 29-un keçirilməsi, Azərbaycan-Ermənistan sülh gündəliyi ilə əlaqələndirilir? Yaxud daxili məsələlərlə. Eləcə də, ordan-burdan səslər eşidilir:

Azərbaycan iqtisadiyyatında mədən sənayesinin, faydalı qazıntıların payı yüksəkdir. 30 il qabaq "Əsrin müqaviləsi"nə imza atanlar bunu indi bilir?! COP iqlim konfransının keçirildiyi ölkələrin sıralamasına baxın. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Financial Times"də dərc etdirdiyi məqaləsində bu haqda tutarlı faktlar gətirib. Məsələn, yazıb ki, BMT-nin iqlim konfransına ev sahibliyi etmiş 28 ölkədən 27-i neft-qaz ölkəsidir. Azərbaycan 28-ci olacaq.

Bunun qarşısında da yenə eyni iddialar, eyni kampaniya davam edir. 27 dəfə susanların hamısı 28-ci dəfə bir ağızdan danışmağa başlayıb. Səbəbi də, cavabı çox sadədir: xüsusi olaraq qərəzli münasibət. Başqa bir izahı yoxdur.

Bahəddin Həzi ("Bizim Yol" qəzetinin təsisçisi və "Bizimyol.info" saytının rəhbəri )

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Qazaxıstanda uşaqlara ən çox bu ad qoyulur

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

End of content

No more pages to load

RADİO