Tovuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Qovlar şəhərində baş verib.
Hadisə zamanı “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Dərhal qəza baş verən əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu