Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərdən də təsirsiz ötüşməyib.
Bizim.Media BAKU.WS-ə istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb. Akademiyada yağış suları tavandan içəri axıb.
Eyni vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda da baş verib. Yağış suları auditoriyadakı partaların üstünə tökülüb.
Bizim.Media