Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən - ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət təqdim ediblər.

Onlar cinayət işinin istintaq mərhələsinə qayıtmasını tələb ediblər.

Buna səbəb olaraq, təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qayıtmasını istəyib.

Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş "həbs qətimkan tədbiri"nin "ev dustaqlığı qətimkan tədbiri" ilə əvəzlənilməsi barədə olub.

Çıxış edən prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

Təqsirləndirilən Şücayət Rzayev tutulan insanların günahsız olduğunu qeyd edərək bildirib ki, lazım olsa, lezva ilə öz boğazını kəsəcək, tələb edib ki, iş istintaqa qayıtmalıdır.

Məhkəmə müşavirədə qərara alıb ki, müdafiəçilər tərəfindən verilən vəsatətlər təmin edilməsin.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş "həbs qətimkan tədbiri" qüvvədə saxlanılsın.
Məhkəmənin baxış iclası 4 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar.

Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsini tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

End of content

No more pages to load

RADİO