Dayısının qisasını aldı, “geriyə yol yoxdur” deyib şəhid oldu – Əli Cəfərovun DÖYÜŞ YOLU – FOTO

Əlinin Vətən anlayışı  Birinci Qarabağ müharibəsinin şəhidi olan dayısı, baş leytenant Azər Əsədullayevin fotolarına baxaraq formalaşıb. Astara rayonun Maşxan kəndindəki şəhid bulağı indi məhz bu dayı-bacıoğlunun adını daşıyır... 

Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1999-2010-cu illərdə kənd tam orta məktəbində təhsil alıb, Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olub. Həqiqi hərbi xidmət illərində isə kəşfiyyatçı olaraq yetişir.

Ailəsi onun hərbi xidmətdə məhz kəşfiyyatçı olduğunu sonralar bilir.

Hərbi xidmət illərindən sonra Bakıda işləyən Əli erməni təxribatlarının atrdığı vaxtlarda Astaraya qayıdır. Atası Bəyoğlan Cəfərov deyir ki, Əli uşaqlıqdan çox sakit olsa da, hissiyatlı idi. 


"Rusiyaya iş dalınca  gedəndə istər ermənilər, istər ruslar bizə rişxəndlə baxırdılar. Hardasa başımızı aşağı salırdıq. Təsəllim odur ki, Əli kimi balalarımız başımızı uca etdilər. Müharibə dövründə deyirdi ki, narahat olmayın, mən arxadayam. Onun şəhid olduğu Suqovşanda oldum. Onun necə döyüşdüyü gözümün önünə gəldi. Döyüş yoldaşları onun bir addım belə geri çəkilmədiyindən çox danışıblar”.

Şəhid Əli Cəfərovun bacısı Təhminə xanım deyir ki, Əli beş bacının bir qardaşı idi:

"Müharibə başlayanda dedik ki, aparmazlar Əlini, tək oğlandır. Amma hələ Tovuz hadisələri zamanı dostuyla birlikdə könüllü kimi qeydiyyatdan keçibmiş. Heç kimə də bunu bildirməyib. Müharibənin ilk günlərində aparmadılar onu. Kəndə şəhid gəlmişdi, evdən çıxıb şəhidi qarşılamağa getdi. Qayıtdıqdan sonra nə etdisə, onu artıq orduya çağırdılar. "


Doğmalarının belə nə qədər peşəkar kəşfiyyatçı olduğunu bilmədikləri Əli Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumlarının qurucularından olur. Amma evlə hər əlaqəsində cəbhə bölgəsində olmadığını bildirir.  

Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərir. Xüsusi ilə Murovdağ  3340 yükəkliyinin, Ağdərə şəhərinə giriş üçün açar rolunu oynayan 530, 457, 951 yüksəkliklərinin  alınmasında böyük qəhrəmanlıq göstərir. Noyabrın 4-də Suqovuşan istiqamətində 854 yüksəkliyinin  azad olunması uğrunda gedən döyüşlərdə kəşfiyyatçı Əli Bəyulla oğlu Cəfərovun olduğu dəstə çoxsaylı erməni qrupu ilə qarşılaşır. 

"Bir addım da geriyə yol yoxdur" deyən Əli burada şəhadətə ucalır.

Göstərdiyi qəhrəmanlığa görə Əli Bəyulla oğlu Cəfərov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Namərd erməni snayperinin atəşi ilə şəhid olmuş dayısının qisasını alan Əlinin bu gün vətən sevgisini davam etdirən bir bacısı oğlu hazırda peşəkar hərb elmini yiyələnməyi seçib.


Qarabağ müharibəsinin ilk illərində 6 şəhid, 44 günlük müharibədə isə 3 şəhid verən Maşxan kəndinin sakinləri  Əli və Azərin adına bulağın qarşısında tez-tez ayaq saxlayırlar. Məhz bu bulaq Vətən uğrunda müharibənin bütün dövrlərini onlar üçün birləşdirən şirin sulu və həzin xatirəli tarixin özüdür.


















Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

End of content

No more pages to load

RADİO