BİZİM TƏQVİM: 22 oktyabrda baş vermiş tarixi hadisələr

22 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın silahlı qüvvələri Zəngilanın Ağbənd qəsəbəsi və Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 22-də dünyada daha hansı hadisələr baş verib?

1. 22 oktyabr 1962-ci ildə “Kuba raket böhranı” başladı. ABŞ prezidenti Con Kennedi Kubada Sovet raketləri olduğunu rəsmi olaraq açıqladı və Fidel Kastro rəhbərləyindəki Kubaya qarşı sanksiya qərarlarını dünyaya elan etdi.

2. 22 oktyabr 1964-cü ildə məşhur Fransız yazıcı və mütəfəkkir Jan-Pol Sartre Nobel ədəbiyyat mükafatına layiq görüldü, ancaq Sartre mükafatı qəbul etmədi.

3. 22 oktyabr 1967-ci ildə “Apollo” kosmos gəmisi Dünya orbitində 163 dəfə fırlandıqdan sonra Atlantik okeanına endi.

4. 22 oktyabr 1975-ci ildə Türkiyənin Vyana səfiri Daniş Tunalıgil 3 erməni terrorçu tərəfindən şəhid edildi.

5. 22 oktyabr 1983-cü ildə Federal Almaniya və Fransada eyni anda keçirilən nüvə silah əleyhinə nümayişlərdə 1 milyon 500 min insan iştirak etdi. Nümayişçilər nüvə silahların ləğvini və nüvə silah stansiyalarının bağlanmasını istədilər.  

Oktyabrın 22-də bu şəxsiyyətlər xatırlanır:

1. 1688-ci ilin bu günündə Nadir şah Əfşar Xorasanda anadan olub.1688-1747). III Şah Abbasın ordu komandanı olan Nadir 1736-cı ildə şahın qəfil ölümündən sonra Suqovuşanda (indiki Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. 1747-ci il iyunun 19-da sui-qəsd nəticəsində öldürülüb. Nadir şahın 11 illik hakimiyyəti dövründə indiki İranı, Azərbaycanı, Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını əhatə edən böyük imperatorluq onun ölümündən sonra dağılıb.

2. Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf. AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuş Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat edib. O AXC qurulduqdan sonra  dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilib. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Fransız mətbuatı ilə əməkdaşlıq edir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub.O dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır

3. 22 oktyabr 1921-ci ildə Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.

4. 22 oktyabr 1929-cu ildə  tanınmış filosof, akademik Fuad Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

5. 22 oktyabr 1940-cı ildə tərcüməçi, publisist, Əməkdar jurnalist Mailə Muradxanlı (1940-2010) Salyan şəhərində anadan olub.

6. 22 oktyabr 1970-ci ildə  Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib.

7. 2020-ci ilin bu günündə Vətən müharibəsində kiçik gizir Xudayar Yusifzadə, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov və Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov şəhidlik zirvəsinə yüksəliblər.

8. 22 oktyabr 2021-ci ildə Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Xocəsəndə avtoyuma məntəqəsi yandı

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Azəri qızı Günelin heç yerdə olmayan uşaqlıq VİDEOSU

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Tramp ölümdən döndü - Helikopteri sərnişin təyyarəsi ilə toqquşacaqdı

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - VİDEO

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Ceyhun Bayramov Kiyevdədir – Onu həmkarı qarşıladı

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Azərbaycanda ən çox istifadə olunan süni intellekt botları

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

End of content

No more pages to load

RADİO