Daha bir dələduzluq piramidası İFŞA EDİLDİ - FOTO/VİDEO

Son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən “farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırırıq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

Bu diplomatların vərəsələrinə müavinət ödəniləcək

Bu diplomatların vərəsələrinə müavinət ödəniləcək

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİ TƏKLİF

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİ TƏKLİF

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var

Mirzoyanın Türkiyə ilə bağlı pıçıltısı canlı efirə düşdü - VİDEO

Mirzoyanın Türkiyə ilə bağlı pıçıltısı canlı efirə düşdü - VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

Ardıcıl 5 gün iş olmayacaq

Ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

End of content

No more pages to load

RADİO