Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə 100 minə yaxın aksiz markası ilə markalanmayan siqaretlərlə bağlı məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya qurumdan bildirillib.
Daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 9 adda 95 600 ədəd siqaret aşkar edilib.

Bizim.Media