Ötən gecə Rusiya Ukrayna ərazisinə 20-dən çox zərbə PUA-sı buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, zərbələr Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov, Çerniqov vilayətlərinə və Kiyev şəhəri də daxil olmaqla Kiyev vilayətinə endirilib. Hücumlar nəticəsində ölənlər və yaralananlar var.
Zelenski həmçinin qeyd edib ki, energetika obyektləri, çoxmənzilli binalar, uşaq bağçası, eləcə də dəmir yolunda mülki lokomotiv zədələnib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında Qələbə Günü ilə əlaqədar elan edilmiş üçgünlük atəşkəs bu gecə başa çatıb.








Bizim.Media