Seçki milyonlarla insanların iştirak etdiyi tədbirdir. Hansısa qanun pozuntusu ola bilər. Arzu edirik ki, olmasın. Olarsa, seçki məntəqələri pozuntu haqqında Dairə seçki komissiyasına və bizə məlumat verməlidir.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O bildirib ki, pozuntular haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qərar verilməlidir.
Günay Şahmar, Bizim.Media