Eks-deputatın pensiyasından 36 min tutuldu - DSMF-ni məhkəməyə verdi

Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, keçmiş deputatın iddiasına görə, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib. Sərəncam belə əsaslandırılıb ki, 2007-2017-ci illər ərzində C.Hüseynova sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilib. (əvvəllər daxili işlər orqanlarında işləyib-red) Ümumilikdə isə 10 il ərzində ona 56 min 525 manat artıq pensiya ödənilib. Həmin pensiya məbləğinin 36 min 112 manat hissəsi 2017- 2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulub. Qalıq borcu isə 22 min 8 manat təşkil edib. 

Eks-deputat Bakı İnzibati Məhkəməsində cavabdeh qismində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qalib gəlib. 

Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır. 

Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə DSMF-nin şikayətini əsaslı hesab edib. Yüksək instansiya məhkəməsi yenidən baxılması üçün şikayəti geri qaytarıb. 

Bakı Apellyasiya Məhkəməsindəki ikinci icraat zamanı isə fərqli qərar qəbul edilib. Budəfəki məhkəmə tərkibi hesab edib ki, iddiaçıya artıq pensiya ödənilməsində hər iki tərəf təqsirlidir. Belə olan halda tərəflərin məsuliyyəti bərabər bölünməlidir. 

Bu səbəbdən tərəflərin şikayətləri qismən edilib. 

Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib. 

Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub.  

Qeyd edək ki, Cahangir Hüseynov 90-cı illərdə bir müddət Abşeron, sonradan Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib. 1994 cü ildə onun həyatına sui-qəsd təşkil olunub. Həmin vaxt azyaşlı oğlu və yaxın qohumları qətlə yetirilib. 

2000–2005-ci illərdə millət vəkili olmuş Hüseynov sonradan bizneslə məşğul olmağa başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabaddakı qəzada ölən və yaralananların kimliyi AÇIQLANDI – FOTO- VİDEO

Sabirabaddakı qəzada ölən və yaralananların kimliyi AÇIQLANDI – FOTO- VİDEO

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA

Tanınmış estetik mərkəzin əməkdaşları HAKİM QARŞISINDA

Tanınmış estetik mərkəzin əməkdaşları HAKİM QARŞISINDA

Yarım milyondan çox dələduzluq edən 3 nəfərdən YENİ XƏBƏR VAR

Yarım milyondan çox dələduzluq edən 3 nəfərdən YENİ XƏBƏR VAR

Ruhlar həqiqətən mövcuddurmu?

Ruhlar həqiqətən mövcuddurmu?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

Bakıda 2 qadın pəncərədən yıxıldı -Biri həyatını itirdi

Bakıda 2 qadın pəncərədən yıxıldı -Biri həyatını itirdi

Zelenski: Rusiya qismən sakitliyi pozmağa qərar VERDİ - FOTO

Zelenski: Rusiya qismən sakitliyi pozmağa qərar VERDİ - FOTO

Yeni dövrün PRİORİTETLƏRİ

Yeni dövrün PRİORİTETLƏRİ

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

"Şevket" dəyişib belə oldu – FOTO

"Şevket" dəyişib belə oldu – FOTO

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

End of content

No more pages to load

RADİO