AHİK sədri Sahib Məmmədov Konfederasiyaya üzv təşkilatlarının sədrləri ilə görüş keçirdi – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-ə üzv və tabe təşkilatların sədrləri ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, görüşdə üzv və tabe təşkilatların sədrləri görülən işlərdən, işçilərin əmək hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və qarşıda duran vəzifələrdən danışıblar. 

AHİK sədri Sahib Məmmədov sahə həmkarlar ittifaqlarının rəhbərlərinə bir sıra tapşırıqlarını verib. 

Bildirib ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl olunması, bütövlükdə qanunvericiliklə təsbit olunmuş hüquqların təmin olunması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Həmçinin həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməlidir. 

AHİK sədri eləcə də işçilərin istirahəti, müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi, bu məqsədlə verilən məzuniyyət hüququnun təmin edilməsi, məzuniyyət dövründə istirahətin səmərəli və mənalı təşkili üçün şəraitin yaradılması, bütövlükdə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı göstərişlərini verib. 

Eyni zamanda Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, cəmiyyətdə nüfuzunun yüksəldilməsinin, qabaqcıl təcrübənin tətbiqinin, habelə xarici ölkələrin həmkarlar ittifaqları ilə münasibətlərin genişləndirilməsinin qarşıdakı hədəflər arasında olduğunu diqqətə çatdırıb. 

Onun sözlərinə görə, Konfederasiya fəaliyyətində şəffaflıq, bərabərlik və heç kimin kənarda qalmaması prinsiplərini əsas tutacaq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının icrasında aktiv rol oynayacaq, eləcə də mövcud rəqəmsal həllər tətbiq edilməklə qurumun fəaliyyətinin daha da səmərəli təşkil edilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində konseptual və sistemli yanaşma tətbiq olunacaq. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabaddakı qəzada ölən və yaralananların kimliyi AÇIQLANDI – FOTO- VİDEO

Sabirabaddakı qəzada ölən və yaralananların kimliyi AÇIQLANDI – FOTO- VİDEO

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA

Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı – AÇIQLAMA

Tanınmış estetik mərkəzin əməkdaşları HAKİM QARŞISINDA

Tanınmış estetik mərkəzin əməkdaşları HAKİM QARŞISINDA

Yarım milyondan çox dələduzluq edən 3 nəfərdən YENİ XƏBƏR VAR

Yarım milyondan çox dələduzluq edən 3 nəfərdən YENİ XƏBƏR VAR

Ruhlar həqiqətən mövcuddurmu?

Ruhlar həqiqətən mövcuddurmu?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

Bakıda 2 qadın pəncərədən yıxıldı -Biri həyatını itirdi

Bakıda 2 qadın pəncərədən yıxıldı -Biri həyatını itirdi

Zelenski: Rusiya qismən sakitliyi pozmağa qərar VERDİ - FOTO

Zelenski: Rusiya qismən sakitliyi pozmağa qərar VERDİ - FOTO

Yeni dövrün PRİORİTETLƏRİ

Yeni dövrün PRİORİTETLƏRİ

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır

"Şevket" dəyişib belə oldu – FOTO

"Şevket" dəyişib belə oldu – FOTO

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Neft Rusiyanın büdcəsini xilas etməyəcək

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

Balakəndə ƏMƏLİYYAT: Səfər Şərifov SAXLANILDI - VİDEO

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

Bakıda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

“Sabah”ın legionerinə 1 milyon qiymət QOYULDU

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Rusiya Ermənistan dəmir yollarına 30 milyard rubl investisiya qoyub

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Ata və oğulu küçədə qətlə yetirən şəxsin İFADƏSİ – “Daim alçaldılır, təhdid edilirdim” – FOTO

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 13:00-dan 17:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Qızıl hazırda bu qiymətə SATILIR

Qızıl hazırda bu qiymətə SATILIR

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Lökbatandakı yanğında xəsarət alan var? – RƏSMİ AÇIQLAMA

Londonda azərbaycanlı qadın vəfat etdi

Londonda azərbaycanlı qadın vəfat etdi

End of content

No more pages to load

RADİO