Sumqayıt şəhərində küçədə kişi meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Nurəddin Natiq oğlu Mirzəyevin meyiti Bakı küçəsində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölümün səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media