Həyatını itirən Nəsiman Yaqublunun DOSYESİ

Xəbər verdiyimiz kimi, professor Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdarkən qəzaya düşüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media həyatını itirən Nəsiman Yaqublunun tərcümeyi-halını təqdim edir.

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib.

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

O, 2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

Cümhuriyyət, mətbuat tarixi və jurnalistika ilə bağlı onlarla kitabın müəllifidir.

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

Bu diplomatların vərəsələrinə müavinət ödəniləcək

Bu diplomatların vərəsələrinə müavinət ödəniləcək

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİ TƏKLİF

Vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı YENİ TƏKLİF

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var

Mirzoyanın Türkiyə ilə bağlı pıçıltısı canlı efirə düşdü - VİDEO

Mirzoyanın Türkiyə ilə bağlı pıçıltısı canlı efirə düşdü - VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

İti avtomobilə bağlayaraq sürüyən sürücü TUTULDU - VİDEO

Ardıcıl 5 gün iş olmayacaq

Ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Hantavirus Ukraynaya çatdı – Ölənlər var

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

İşğalı əbədiləşdirmək PLANI - Minsk qrupunun gizli missiyası necə İFLASA UĞRADI?

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

Lökbatandakı yanğında "Birmarket"ə məxsus anbara zərər dəyib

End of content

No more pages to load

RADİO