Birinci Qarabağ müharibəsinin şəhidi Daşkəsəndə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daşkəsənli şəhid Surxay Məmmədov dəfn olunub. 

Bizim.Media xəbər verir ki, 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Daşkəsən Rayon və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, Daşkəsən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər. 

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından və döyüş yolundan söz açıb. 

Daşkəsən rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək. 

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Orxan Abbasov şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.

Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub.

O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib. 



Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London dünyanın mədəniyyət paytaxtı seçildi

London dünyanın mədəniyyət paytaxtı seçildi

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO