Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlər zərərsizləşdirilib - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Prezidentin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.

Tədbirlər Planının icrası məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib və həmin çərçivədə Ağstafa rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesi həyata keçirilib.
 

Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunub.


Təhlükəli yüklərin qablaşdırılması və daşınması üzrə görülən tədbirlər Qida Təhlükəsizliyi Agentliyi ilə Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.

Ağstafa rayonunda keçmiş Kənd Kimya Birliyinin ərazisində Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə icra edilən işlər ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli tədbir hesab olunur.

Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər bilavasitə ətraf mühitə verilən bir töhfədir.

Ətraf mühitin sağlamlaşdırılması, ətraf mühitdən insanlara, heyvanlara və bitkilərə keçə biləcək zərərlərin qarşısının alınması üçün görülən birbaşa tədbirin əhəmiyyəti yüksək dəyərləndirilir.

Qeyd edək ki, analoji olaraq həyata keçirilən silsilə tədbirlər növbəti günlərdən etibarən ardıcıl olaraq Beyləqan rayonu və digər təhlükə potensiallı obyektlərin ərazisində müəyyən edilən təhlükəli tullantılar üçün də davam etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London dünyanın mədəniyyət paytaxtı seçildi

London dünyanın mədəniyyət paytaxtı seçildi

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO