Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya OLUNUB

Rusiya Federasiyasının vətəndaşı Asmetov Eldar Nail oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdıran şəxs barəsində cinayət işi AÇILDI


Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq və cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş E.N.Asmetov 2024-cü ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

Həmçinin, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məlikov Asif Aleksandr oğlunun, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən isə Hüseynov Raqif Hüseynqulu oğlu və Şıxayev Ruslan Nazim oğlunun verilmələri haqqında qərarlar qəbul olunub.
 

Belə ki, Asif Məlikovun Cinayət Məcəlləsinin xeyli ziyan vurmaqla törədilən dələduzluq, Raqif Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, Ruslan Şıxayevin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.


Hər üç şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London dünyanın mədəniyyət paytaxtı seçildi

London dünyanın mədəniyyət paytaxtı seçildi

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO