Təmir işləri aparan zaman qohum evlərin birindən təsadüfən tapdığı əski pullar onu kolleksiyaçıya çevirir. Azərbaycan Demokratik Respublikasına aid 1920-ci il buraxılışlı pul vahidini, Çar Rusiyasının ailə üzvünün şərəfinə tədavülə buraxılmış əskinası görəndə isə sanki sehrləndiyini deyir. Beləcə köhnə pulları toplamağa başlayır.
Söhbət 66 yaşlı Salyan sakini Fəxrəddin Əliyevdən gedir. Hazırda onun kolleksiyasında 30-dan çox ölkəyə aid olmaqla 1000-dən çox pul nişanı mövcuddur. Fəxrəddin Əliyev Azərbaycanın ən yaşlı pul kolleksiyaçısıdır.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
Sabutay, Bizim.Media, Cənub bürosu