TƏBİB-in Müraciətlərlə iş departamentində 5 ay ərzində 1843 vətəndaşın qəbulu həyata keçirilib.
Bizim.Media xəbər verir ki bunu TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qeyd edib.
Onun sözlərinə görə vətəndaşlardan daxil olan müraciətlərə 15 iş günü, araşdırma tələb edən müraciətlərə isə 30 iş günü müddətində cavab verilir.
İlham Hüseynov qeyd edib ki, Departament maksimum vətəndaşların müraciətlərinin həllinə çalışır.
Alçina Amilqızı, Bizim.Media