Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Xəstəxanayanı küçəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Səmayə Ağayeva yolu keçərkən onu minik avtomobili vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bizim.Media