Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov özünün “Facebook” hesabında paylaşıb.
Onun sözlərinə görə qurum tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bizim.Media