Gələcəyimiz TƏHLÜKƏDƏ: Süni intellekt həm işimizə, həm də həyatımıza “göz tikib”

Əfsanəvi videooyun tərtibatçısı, “ID Software” şirkətinin həmtəsisçisi və məşhur “Doom” oyununun yaradıcısı Con Romero süni intellektin (Al) həqiqətən, orijinal məzmun yaratmaq qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib. O qeyd edib ki, süni intellekt işarələrə əsaslanan şəkillər və musiqi yaratmaqda güclü olsa da, tamamilə yeni ideyalar yaratmaq iqtidarında deyil.

Görünən mənzərə də odur ki, insan zəkasını imitasiya edə bilən süni intellekt gündən-günə daha da inkişaf edir. Artıq bir çox sahələrdə bu texnologiyadan istifadə olunur. Narahatlıq doğuran məqam isə süni intellektin gələcəkdə insanı əvəz etmək ehtimalıdır.

Maraqlıdır, bu fikir reallaşacaq, yoxsa süni intellekt daim insandan asılı qalacaq?

İKT İnformasiya Mərkəzinin direktoru, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, mövcud şəraitdə süni intellekt insanın yaratdığı məzmunu öyrənərək səhv addımlar atır:

“Buna görə də bəzi hallarda gülməli situasiyalar ortaya çıxır. Lakin bu proses indiyə aiddir. Əminəm ki, yaxın gələcəkdə süni intellekt insan əməyini üstələyəcək. Burada əsas sual odur ki, biz özümüzdən ağıllı, güclü, empatiyası olmayan süni intellektə gələcəyimizi etibar edə bilərikmi?

Məsələn, tibbin bəzi sahələrində cərrahlar əməliyyatlar zamanı robotların funksiyalarından istifadə edirlər. Robotlar prosesi asanlaşdırsa da, insanların sağ qalma ehtimalı sual altındadır. İnsanın əməliyyatda uğur qazanması robotdan daha üstündür. 
 

Yaxud da başqa nümunə deyim, ortada ekoloji problem var və insan bunu həll edə bilmir. Belə olan halda süni intellekt problemin insandan qaynaqlandığını təyin edir və bizim məhv olmağımızı istəyir”. 

Ekspert süni intellektin yalnız köməkçi və məsləhətçi funksiyasını yerinə yetirməsinin tərəfdarı olduğunu deyib:

“Çünki əsas funksiyaları istifadə etsə, bizə problem yarada bilər. Süni intellekt empatiya qurmur, zəif çalışan istənilən işçini qova bilər. İşçinin problemlərini, yaşadığı çətinlikləri anlamır, sadəcə məlumatlar bazasını təhlil edir və qərar verir. 
 

Süni intellekt əsas rolda olsa, müəyyən sahələrdə insan əməyi arxa plana keçə bilər. Qərbdə bu məsələni ciddi düşünürlər. Bəzi ölkələrdə təklif sürülüb ki, 15-20 il ərzində insan əməyinin süni intellektdən geri qaldığı sahələrlə bağlı minimal məbləğ ayrılsın. Mahiyyət isə budur ki, sözügedən məbləği dövlət versin və insanlar yaşayışını təmin etsin.

Artıq çalışıb-çalışmamaq şəxsin özünə seçim kimi buraxılacaq. İsveçrədə bu mövzu ilə bağlı referendum keçirdilər. Vətəndaşlara 4 min 400 İsveçrə frankı verilməsi təklif olundu. Amma təklif müsbət qarşılanmadı. 

Lakin biz artıq dünyada bu ideyaya doğru gedirik. Orta təbəqə yavaş-yavaş sıradan çıxacaq. Məsələn, pandemiya vaxtı Azərbaycanda dövlət kiçik maliyyə ayırdı. Buna oxşar nümunəni gələcəkdə də görə bilərik. İnsanlar kütləvi halda işsiz qaldığı təqdirdə, onları yeni peşəyə yönəltmək mümkün olmayacaq”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

İlqar Hacıyevə yüksək vəzifə verildi

İlqar Hacıyevə yüksək vəzifə verildi

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Həftəsonu maqnit qasırğası OLACAQ

Həftəsonu maqnit qasırğası OLACAQ

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

End of content

No more pages to load

RADİO