Köhnə taksilərə QADAĞA - İstismar müddəti bitmiş avtobuslar nə vaxt xətdən çıxarılacaq?

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni qaydalar tətbiq ediləcək. Qaydalara görə buraxılış ili 2016-cı ildən əvvəl olan və “Avro-5” standartlarına cavab verməyən nəqliyyat vasitələrinin istifadəsinə icazə verilməyəcək. Qərarın taksi fəaliyyətinin keyfiyyətinə, gedişhaqqına nə kimi təsir edəcəyini bir müddət sonra biləcəyik.

Əhalinin isə son zamanlar taksidən istifadəsindəki artımı təkcə deyilən kimi qiymət ucuzluğu, komfort axtarışı deyil, həm də ictimai nəqliyyatın, metro və avtobuslarda xidmətin aşağı səviyyədə olmasıdır. Yollarda yaranan tıxacda sıxlıq avtobuslarda saatlarla ayaqüstə yol gedən, gur saatlarda bir neçə metro qatarı yola salan, dəyərli vaxtını itirən insanlar taksiyə üstünlük verirdilər. 

Məlumdur ki, bir neçə ildir Bakının mərkəzi küçələrində standartlara cavab verən marşrut avtobuslarını görürük. Lakin bütün şəhəri əhatə etmir. Paytaxtın ətraf qəsəbələrinə gedən avtobuslarda vəziyyət başqadır. Həmin avtobusların oturacaqları qırıq, çirkli, qapıları nasaz vəziyyətdədir. Belə avtobuslarda hər gün yol getməyə məcbur olan insanlar narazılıqlarını bildirir, yeni avtobuslardan istifadə haqlarının olduğunu dilə gətirirlər.

Bəs istehsal ili köhnə olan avtobuslar tam olaraq nə vaxt xətdən çıxarılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyayt məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, avtobus parkının yenilənməsi gündəmdə olan məsələdir:

“Neçə illərdir avtobus tənzimləmələrində islahatlar baş verir. Yeri gəldikcə, tender elan olunduqca bu proseslər davamlı olaraq gedir. Burada əsas avtobusların keyfiyyət parametrlərindən söhbət getməlidir.

İli köhnə avtobusun xətdə olması, hətta o, texniki cəhətdən nə qədər sağlam olsa, təmirli olsa belə yekunda onun yaş məsələsi öz sözünü deyir. Onun tez-tez xarab olması, xətdən kənarlaşdırılması müəyyən problemin səciyyəvi xarakteri ola bilər. Bununla da insanlar tərəfindən müəyyən marşrut xətti üzrə etibarlılıq düşə bilir. Yəni o xətt üzrə vətəndaşlar narahat qalacaq, diskomfort hissi yaşayacaqlar”.

Ekspert bildirib ki, köhnə avtobusa yaxşı baxılıb və təmir olunursa, o demək deyil ki, istismar oluna bilər:

“Yeni nə varsa, o, özü ilə müasirlik, komfortluq gətirir. Yenini nə iləsə müqayisə eləmək doğru deyil. İstər onun havalandırma sistemi olsun, istər tıxaclı yollarda hərəkət zamanı rahatlığı olsun. Yeni texnika hər baxımından öz sözünü deyir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtda yeni marşrut şəbəkəsi hazırlanıb tətbiq ediləcək:

“Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. 

Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək”.

Məlumatda ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur:

“Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zeynəb Xanlarova: Şəklə baxıb ərə getdim, görüşmədim - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

Zəlzələdən təşvişə düşən sakinlər DANIŞDILAR - VİDEO

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

DÇ-2026: Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə YEKUNLAŞDI

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirildi - FOTO/VİDEO

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Kadırov pişiyindən DANIŞDI: “Qorxuram ona da sanksiya tətbiq edələr”

Texasda kütləvi atışma: ölən və yaralılar var

Texasda kütləvi atışma: ölən və yaralılar var

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Zelenski rus dili ilə bağlı qanun İMZALADI

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

End of content

No more pages to load

RADİO