Ötən gündən başlayan yagış cənub bölgəsində bir sıra fəsadlar yaradıb.
Bizim.Media xəbər verir ki, Astara rayonunun Siyəkü kəndi ərazisindən keçən Pensərçay 40 metrəyə qədər məcrasını dəyişib.
Dünən gecə çayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çay kənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Bu barədə yerli sakinlər məlumat verib. Sel suları vətəndaşların həyətində sitrus, meyvə ağaclarını yuyub aparıb.


Sabutay, Bizim.Media, Cənub bürosu