Tərtər rayonunda su kanalından qadın meyiti tapılıb.
Bizim.Media-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, qadının meyiti rayonun Səhləbad kəndi ərazisindən keçən beton su kanalında aşkar edilib.
Meyitin 37 yaşlı Əliyeva Vəsilə Zahid qızı olduğu müəyyən olunub.
Əldə olunan digər məlumata görə, V.Əliyeva Bərdə rayonunda doğulub. O, ailə həyatı qurduqdan sonra Tərtər rayonunda yerləşən Şıxarx qəsəbəsində yaşayıb.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu