Sertifikasiya 5 illik prosesdir. Artıq 3 dəfə sertifikasiya imtahanında iştirak edənlər prosesdən azad olacaqlar.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada deyib.
O bildirib ki, sertifikasiya prosesinə qoşulmaq 60 yaşdan yuxarı müəllimlər üçün könüllüdür.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media