Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində Rusiyanın Yaroslavl vilayətində yerləşən neft bazasında güclü yanğın başlayıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, yanacaq çənlərinin vurulması faktını Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev rəsmən təsdiqləyib.
Qubernatorun sözlərinə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və xüsusi texnikası cəlb olunub.
Hazırda alovun digər çənlərə keçməsinin qarşısını almaq və yanğını lokallaşdırmaq üçün operativ işlər davam etdirilir. Ölənlərin və ya xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, bundan əvvəl PUA təhlükəsi səbəbindən Yaroslavldan Moskva istiqamətinə gedən magistral yolda nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmışdı.
Bizim.Media