Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara çağırış edib

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd məqsəd ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı maarifləndirməni artırmaq, insanları ətraf mühitin qorunması üçün tədbirlər görməyə təşviq etməkdir.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

S.Məmmədova hər il fərqli devizlər altında müxtəlif tədbirlər, kampaniyalar və fəaliyyətlərlə qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün bu il “Bizim torpağımız. Bizim gələcəyimiz” şüarı ilə keçirildiyini bildirib:
“Bu günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və mümkün qədər çox insanı bu istiqamətdə hərəkətə keçməyə sövq etmək üçün nəzərdə tutulub”.

Şöbə müdiri ölkəmizdə ekoloji maarifləndirmə sahəsində müxtəlif təbliğat işlərinin aparıldığını və ictimaiyyətin bu sahədə getdikcə daha fəal iştirakını da vurğulayıb.

“Təşkil etdiyimiz müxtəlif ağacəkmə tədbirləri, tullantıların düzgün idarə olunmasına yönəlmiş “Tullantıları tinglərə dəyiş”, “Tullantıları ekoçantaya dəyiş”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Təmiz ölkəm” aksiyaları kimi layihələr vətəndaşların, eyni zamanda, dövlət və özəl qurumların marağına səbəb olur, cəmiyyətdə təbiətə töhfə vermək istəyənlərin sayının günbəgün artdığı görülür. Həmçinin məktəblilər, tələbələr, könüllülərlə aktiv iş aparılır, gənc nəslin ekoloji biliklərinin formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlarda məsuliyyət hissini aşılamaq məqsədilə görüşlər, təlimlər, konfranslar təşkil edilir”.

S.Məmmədovanın sözlərinə görə, nazirliyin ekokönüllülər komandası ətraf mühitin mühafizəsi sahəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edərək ekoloji maarifləndirmə sahəsində əvəzsiz rol oynayır.

Nazirlik nümayəndəsi artıq bir aydır start verilən “Təmiz ölkəm” təmizlik aksiyaları zamanı xeyli sayda tullantılarla çirklənmiş ərazilərin şahidi olduğunu və bu vəziyyəti laqeyd vətəndaşların yaratdığını təəssüflə vurğulayıb.
S.Məmmədova hər kəsi təbiət komplekslərinin – torpağın, dənizin, çayların, meşələrin təmiz qalmasına səy göstərməyə, öz məsuliyyəti çərçivəsində ətraf mühiti böyük bəşəri problemə çevrilən çirklənmədən qorumağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Daşkəsəndə seldən sonra yol çökdü - VİDEO

Daşkəsəndə seldən sonra yol çökdü - VİDEO

Yaroslavl vilayətində PUA hücumundan sonra neft bazası yanır - VİDEO

Yaroslavl vilayətində PUA hücumundan sonra neft bazası yanır - VİDEO

DİM-dən bu abituriyentlərə MÜRACİƏT

DİM-dən bu abituriyentlərə MÜRACİƏT

Ermənistanda doğum göstəriciləri niyə kəskin aşağı düşür?

Ermənistanda doğum göstəriciləri niyə kəskin aşağı düşür?

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

End of content

No more pages to load

RADİO