Talassemiyalı uşaqlara yığılan pulu ələ keçirənlərin məhkəməsində ŞOK FAKTLAR açıqlandı

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın bacısı Dilbər Bayramova tərəfindən məhkəməyə ərizə ilə müraciət edildiyi elan olunub. Dilbər Bayramova ərizədə bacısının həbsinin əsassız olduğunu bildirib.

Daha sonra özünü iş üzrə zərərçəkmiş sayan Şövkət İsayevanın məhkəməyə müraciət etdiyi elan edilib. Həmin şəxs bildirib ki, Şəbnəm Qurbanovanın şahidliyi ilə təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidovaya 90 min dollar verib. O, təqsirləndirilən şəxslərdən ödədiyi pulu geri istəyib.
Hakim Azad Məcidov isə Ş. İsayevanın bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmadığını bildirib.

Daha sonra təqsirləndirilən Aysel Məmmədova sualları cavablandırıb.

Zərərçəkmiş şəxs Nərgiz Mahmudova təqsirləndirilən A. Məmmədovaya sualında onu aldadıb 9 min manatını almasının səbəbini soruşub.

A. Məmmədova bildirib ki, N. Mahmudova pulu ona verməyib. O, zərərçəkmişin pulu Nuridə Seyidovanın köməkçisinə verərkən gördüyünü bildirib.

Daha sonra A. Məmmədova vəkilin suallarını cavablandırıb.

Suallara cavabında A.Məmmədova 2002-ci ilin avqust ayında işə girdiyini bildirib: "Mən işə başlamazdan öncə avqust-noyabr ayları ərzində 4 nəfər Türkiyədə, 6 nəfər isə Bakıda əməliyyat olunub. Bakıda əməliyyat olunan şəxslərdən ikisinə qaraciyər köçürülüb. 1 nəfər beyin əməliyyatı olub, 3 nəfərə isə böyrək köçürülüb. Bundan başqa, əməliyyata çatmayan xəstənin pulunu da Nuridə Seyidova ödəmişdi".

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib.

Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Müəllim olmaq istəyənləri nə gözləyir? - Təhsil sistemində islahat

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Trampın 80 illik yubileyinə xüsusi mahnı həsr olundu - VİDEO

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Koreyada it əti bahaşlaşdı: Qiymətlər mal ətini iki dəfə üstələyir

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Bu yay həyatlarını dəyişdirmək şansı qazanacaq BÜRCLƏR

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

Moskva küçələri suyun altında qaldı: Güclü leysan paytaxtı iflic etdi – VİDEO

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

SABAHIN HAVASI: Şimşək çaxacaq, yağış yağacaq

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

Ukrayna XİN ABŞ Milli Kəşfiyyatının biolaboratoriya hesabatını təkzib etdi

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

İran ABŞ-la razılaşmadan sonra Hörmüz boğazından keçid haqqı tələb etməyəcək

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Müharibədən qaçan “sambaçı” Azərbaycan klublarının TRANSFER SİYAHISInda

Daşkəsəndə seldən sonra yol çökdü - VİDEO

Daşkəsəndə seldən sonra yol çökdü - VİDEO

Yaroslavl vilayətində PUA hücumundan sonra neft bazası yanır - VİDEO

Yaroslavl vilayətində PUA hücumundan sonra neft bazası yanır - VİDEO

DİM-dən bu abituriyentlərə MÜRACİƏT

DİM-dən bu abituriyentlərə MÜRACİƏT

Ermənistanda doğum göstəriciləri niyə kəskin aşağı düşür?

Ermənistanda doğum göstəriciləri niyə kəskin aşağı düşür?

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Braziliyada dəhşətli hadisə: Təşkilatçılar kəndiri bağlamağı unudub gənc qızı uçuruma atdılar - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

Bu gün rəqəminiz sizə nə vəd edir? — Fərdi numeroloji proqnozlar

End of content

No more pages to load

RADİO