Azərbaycanda 562 uşaq övladlığa götürülüb - 15 uşaq himayədar ailələrə verilib

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Nazirlik tərəfindən əlilliyi olan uşaqlara, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlara, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial ödənişlər edilir. Eləcə də əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə uşaq götürənlər aylıq sosial ödənişlə təmin edilirlər. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir.

Bu sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir və həmin ödənişlər mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 550 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 293 nəfərini uşaqlar təşkil edib.

Əlilliyi olan uşaqların reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində də ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Nazirliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb.

Son illər Qəbələ və Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzləri yaradılmaqla Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 4-ə çatdırılıb. Digər bölgələrdə də belə müəssisələrin yaradılması nəzərdə tutulur.

Bu ilin ötən dövründə Nazirlik tərəfindən tərəfindən əlilliyi olan 9,2 mindən çox uşağa ambulator və stasionar, habelə səyyar formada reabilitasiya xidmətləri göstərilib.

Həmçinin bu dövrdə əlilliyi olan və digər həssas qruplardan olan 6,2 min uşaq isə səyyar, stasionar və yarımstasionar formada reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib.

1 noyabr 2019-cu il tarixindən övladlığagötürmə üzrə idarəetmə və xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə elektron infrastruktur üzərində müasir, şəffaf və çevik xidmətlər sistemi yaradılıb. Həmin vaxtdan 562 uşaq övladlığa götürülüb.

Ölkəmizdə uşaq qayğı sisteminin inkişaf etdirilməsi sahəsində növbəti addım olaraq “Himayədar ailə” modeli də tətbiq olunur. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi və inkişafına xidmət “Himayədar ailə” qayğı modeli çərçivəsində artıq 15 uşaq himayədar ailələrə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Putin də Trampa zəng etdi

Putin də Trampa zəng etdi

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

İranda təqaüdçülər etiraza qalxdılar

İranda təqaüdçülər etiraza qalxdılar

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Binə qəsəbəsində yanğın oldu

Binə qəsəbəsində yanğın oldu

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

End of content

No more pages to load

RADİO