İsmayıllıda İcra nümayənədəsi qəfildən dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kənd üzrə nümayəndəsi Rüstəm Babayev xəstəxanada ölüb.
İlkin məlumata görə rayonunın Gəraybəyli kənd sakini 54 yaşlı Rüstəm Babayevin yaşadığı evdə anidən halı pisləşib. O,təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə saat sonra vəfat edib.
Qeyd edək ki, Rüstəm Babayev ürəktutmasından ölüb.

Bizim.Media, Aran bürosu