Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “apa.az”a bildirilib.
Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
• Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
• İbtidai sinif müəllimliyi
• Hüquqşünaslıq
• Maliyyə
• Riyaziyyat müəllimliyi
• Xarici dil müəllimliyi (ingilis dili)
• Beynəlxalq münasibətlər
• Mühasibat
Bizim.Media