​​​​​​​Naxçıvanın təhsil naziri təyin olunan Elxan Nəcəfov KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib. Bu postu müvəqqəti icra edən Elxan Nəcəfov təhsil naziri təyin olunub. 

Bizim.Media Elxan Nəcəfovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda 2 yeni nazir TƏYİNATI 


1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Elxan Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. 

Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.

Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik komminukasiya” fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.  2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.

O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən  Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib.

2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib. 

E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir. 

O, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə məhsuldar iş fəaliyyəti nümayiş etdirib.

Qısa müddət ərzində Azərbaycanın Respublikasının bütün rayonlarında Təhsil şöbələrinin əməkdaşları və metodistləri ilə yerində görüşlər keçirib. Əldə olunan məlumat  və təhlillər əsasında Metodik kabinet əməkdaşlarının elektron bazasını formalaşdırıb. 

Metodistlərin və müəllimlərin peşəkar bacarıqlarını artırmaq, həmçinin gənc müəllimlərdə metodiki bacarıqları inkişaf etdirmək məqsədilə proqramların və elektron resursların hazırlanmasında, müxtəlif təlimlərin təşkilində bilavasitə iştirak edib. 

Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib. 
TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir. Ailəlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Putin də Trampa zəng etdi

Putin də Trampa zəng etdi

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

İranda təqaüdçülər etiraza qalxdılar

İranda təqaüdçülər etiraza qalxdılar

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Binə qəsəbəsində yanğın oldu

Binə qəsəbəsində yanğın oldu

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

End of content

No more pages to load

RADİO