Oman sahillərində batmış Hindistana məxsus "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisinin 14 nəfərlik heyəti xilas olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın Omandakı səfirliyi "X" platformasında məlumat yayıb.
Açıqlamaya görə, xilasetmə əməliyyatı başa çatıb, bütün dənizçilər Mumbaya istiqamətlənən "Jabal Ali 9" gəmisinin göyərtəsindədir və onların həyatına təhlükə yoxdur.
Hindistan gəmisinin Oman sahillərində mexaniki nasazlıq səbəbindən batdığı bildirilir.
Bizim.Media