Moskvadakı Danilov monastırında Moskva və Bütün Rusiyanın müqəddəs Patriarxı Kirillin sədrliyi ilə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu məlumat yayıb.
Məlumata görə, iclasda Bakı və Azərbaycan yeparxiyasının yepiskopu vəzifəsinə seçkilər keçirilib.
Sözügedən vəzifəyə Stavropol Yeparxiyasının din xadimi iqumen Aleksi Smirnov seçilib.
Bizim.Media