Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu dəfn olunub.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Suraxanı Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılıb.
Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.




Bizim.Media