Açıq-saçıqlıq… – Mağazalarda qapalı geyimlər niyə TAPILMIR?

Son günlər bəzi xanımlar tərəfindən redaksiyamıza şikayətlər daxil olur. Onlar mağazalarda daha çox zövqsüz və açıq geyimlərin üstünlük təşkil etdiyini bildirirlər. Dediklərinə görə keyfiyyətli, zövqlü, qapalı, bir sözlə “normal” hesab etdiyimiz paltarları tapmaq çətinləşib. Satışda bir qayda olaraq açıq-saçıq libasları görmək mümkündür.  

Belə olan halda ortaya sual çıxır. Açıq geyimlər niyə təbliğ olunur?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Modelyer Leyla Əhmədova hesab edir ki, açıq-saçıq geyimi səhnədə və bəzi başqa yerlərdə geyinmək olar:

“Yersiz açıq geyinmək isə doğru deyil. Cavanlarımız dəblə bağlı özlərini çaşmış kimi hiss edirlər. Çünki trendlərdə olan açıq-saçıqlıq baş alıb gedir. Mən bəzən Bakının toylarında bunu görüb təəccüblənirəm. Bu cür açıq geyimləri sıravi vətəndaşın əynində görmək mənə çox qəribə gəlir. Xanımlarımız bu paltarları geyinməklə elə bilirlər ki, kişiləri cəlb edirlər. Ancaq çoxu bilmir ki, kişilər qadının ruhuna və elminə baxırlar. 

Bir fikir var, doğrudur, hər bir kişi öz anasına bənzəyən qadını həyatında axtarır. Mağazalarda açıq geyimlərin üstünlük təşkil etməsinin səbəbi odur ki, bizim özümüzün istehsal etdiyimiz paltarlarımız yoxdur. Çox istərdim ki, Azərbaycanda milli xarakterli, dəyərlərimizə uyğun, dəbli geyimlər istehsal edən şirkətimiz olsun və öz sözünü desin”.

Modelyerin sözlərinə görə xanımlarımız milliliyimizi yaddan çıxarmamalıdır:

“Biz azərbaycanlıyıq, ənənələrimiz, ipəyimiz var. Əvvəl baxanda deyirdik ki, “bu, Azərbaycan qadınıdır. İndi bu məsəli demək asan deyil. Bir kolleksiyam var, 1998-ci ildə təqdim etmişəm. Klassik tünd göy rəngdə kostyumlardır, qollarında, sinələrində bizim təkəlduz milli naxışlarımız var. “Milan”da moda həftəsində mən o paltarları göstərəndə 1-ci yerə çıxmışdım. 

Artıq 2023-ü ildən buta şəklində naxışlara üstünlük verilir. Mən isə həmin kolleksiyanı 1998-ci ildə göstərmişəm. Təəssüflər olsun ki, bu gün bunları ifrat dərəcəsinə gətiriblər. İncəsənətin ən incə sənəti modadır. Niyə bizim “Zara”, “Mango” kimi mağazalarımız yoxdur? Niyə gənclərimiz doğma yundan, pambıqdan geyimlər geyinmirlər? Axı bizim buna xammalımız imkan verir. 

Xaricdən, oradan-buradan keyfiyyətsiz malları vətənimizə yığıblar. Qadınlarımız bu geyimləri geyinməklə özlərində zəhər daşıyırlar. Xəstəliklərin bir səbəbi də budur. Çünki bizim uşaqlar pambıq görmürlər. Pambıq adı ilə ölkəmizə gətirilən paltarların hamısı sintetikdir. Bu geyimlərin ölkəyə daxil olmasına icazə vermək olmaz. Əvvəllər təmiz yundan paltarlarımız olub. İndi hər yerdə sintetik geyimlərdir. Allergiyası olan insanlar üçün bu, dəhşətdir”. 

Sosioloq Ağasəlim Həsənov isə məsələyə belə yanaşıb:

“Bunları bütövlükdə “sosial texnologiyalar” adlandıra bilərik. Milli-mənəvi dəyərlər sisteminə bu üsullarla təsir göstərilir. Tədricən geyim tərzi, düşüncə dəyişdirilir. Keçmişdə normal qəbul olunmayan geyim tərzi artıq müasirlik kimi qəbul olunur, normal qarşılanır. Bizim cəmiyyətdə dəyərlər transformasiyası daim müşahidə olunur. 
Hər transformasiyanın özü ilə gətirdiyi yeniliklərə müsbət baxa bilmərik. Çünki geyim və həyat tərzinin müxtəlif sahələrində olan dəyişikliklər hər zaman müsbət qarşılana bilməz. Hər bir toplum identifikliyini qorumaq üçün milli-mənəvi dəyərlərinə sahib çıxmalıdır, onu qoruyub-saxlamağa çalışmalıdır. Əks halda unikallıq, identifiklik ortada itir. Nəticə etibarilə açıq-saçıq geyimlər müsbət dəb kimi qarşılana bilməz”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lopez səhnədəki qorxulu anından danışdı: Konsert zamanı boynunda cırcırama gəzib

Lopez səhnədəki qorxulu anından danışdı: Konsert zamanı boynunda cırcırama gəzib

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

I sinfə qəbul üzrə prioritet məktəb seçimi BAŞLADI

I sinfə qəbul üzrə prioritet məktəb seçimi BAŞLADI

Ərdoğan istədi, Meloni siqareti tərgitdi - Video

Ərdoğan istədi, Meloni siqareti tərgitdi - Video

Piyadaların vurulması ilə nəticələnən qəzaların ANBAAN VİDEOSU

Piyadaların vurulması ilə nəticələnən qəzaların ANBAAN VİDEOSU

Maştağada 62 yaşlı kişini “tok” öldürdü

Maştağada 62 yaşlı kişini “tok” öldürdü

Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

Bakıda 4.7 milyard dollarlıq sazişlər imzalanacaq

Bakıda 4.7 milyard dollarlıq sazişlər imzalanacaq

Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır

Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır

End of content

No more pages to load

RADİO