Azərbaycanda doğulub, Türkiyədə ölən arzular!

Bu günlərdə dəyərli dostum Zülfüqar bəyin Türkiyə səfəri ilə bağlı hazırladıqları yazını oxudum. Əlbəttə, qardaş ölkənin görməli yerlərini gəzmək çox xoşdu. Amma Zülfüqar bəyin bizim üçün həssas və önəmli olan başqa yerləri də ziyarət etməsi məni çox sevindirdi. Azərbaycanın bütövlüyü uğrunda vuruşmuş Kərbəlayi İsmayılın və Soltan bəyin məzarlarını görəndə çox qürurlandım və həm də qəhər məni boğdu. Qürurlandım ona görə ki, xalqının belə qəhrəman və qeyrətli övladlarının doğulduqları və uğrunda vuruşduqları doğma yerlərdə deyil, qardaş Türkiyədə əbədiyyətə qovuşmalarıdı. Qəhərləndim ona görə ki, bu cür qəhrəman övladlara öz vətənlərində belə ölmək qismət olmadı. Düşmənlərimiz onların məzarlarının belə Azərbaycanda olmasını istəmədilər. Bu da təsadüfi deyil.xa0

Bəli, biz bir millətik. Amma Azərbaycan oğullarının hər dəfə Türkiyəyə gedib onları ziyarət etmək imkanları olmur. Bu gün müharibə şəraitində yaşayan Azərbaycan oğullarının vətənpərvərlik ruhunda böyüyüb, vətənə ləyaqətli övladlar olmağında həmin qəhrəmanların tez-tez ziyarət olunması mühüm önəm kəsb edir. Şərqdə ilk demokratik cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin, erməni-rus işğalçılarına qarşı döyüşmüş Soltan bəyin, Kərbəlayi İsmayılın qəbirləri bu gün hamımız üçün müqəddəs məbədgahdır. Ən azı ona görə ki, onların uğrunda mübarizə apardıqları vətəndə mücadilə hələ də davam edir. Keçmişini unudan xalqın gələcəyi yoxdur. Biz keçmişimizi bu günkü gənclərə öyrətməliyik. Səhvlərimizi aydınlaşdırıb, müsbətlərimizi daha da təkmilləşdirib, irəli getməliyik.xa0
Bu mübarizədə qardaş Türkiyə həmişə bizim yanımızda olub. Tarix boyu bu böyük qardaşın kiçik qardaşa köməyini həmişə hiss etmişik. Biz bir atadan və bir anadan doğulmuş türklərik. Amma təəssüflər olsun ki, bizləri həmişə bir-birimizdən ayırmağa çalışıblar. Amma indi biz həmişəkindən də daha sıx birləşib, vahid bir ideya uğrunda mübarizədə bir olmalıyıq. Çünki dünyanı qaynadan qüvvələr iki doğma qardaşların da arasına nifaq salmaq istəyirlər. Biz buna yol verməməliyik. Türkün türkdən başqa dostu yoxdu! Bizim əcdadlarımız bütün bunları tarix boyu sübut edib və bu günə qədər də bu qardaşlığı yaşadıblar. Türkiyə torpaqlarında əbədi uyuyan o qəhrəman övladlar da öz ölümləri ilə bunu sübut ediblər. xa0Azərbaycanda dünyaya göz açıb, Türkiyədə gözlərini əbədi yumdular, Azərbaycandan başlayan bu əzablı, keşməkeşli olduğu qədər də qürurlu bir həyat yolu keçdilər. Öz həyat yolları ilə iki qardaş xalqlar arasında körpü salan bu oğullar bizlərə örnək oldular.

Türkiyənin böyük dövlətçilik təcrübəsi, dünya siyasətində önəmli yeri var. Bu uzun illərlə, çətin yollarla keçilib gəlinən bir yoldu. Buna görə də biz kiçik qardaş olaraq, ağır günlərimizdə onlara güvənmişik, həmişə onlara pənah gətirmişik. Sanki tarix təkrar olunur. Biz yenə mənfur düşmənlə üz-üzəyik. Üzdə olan, böyük dövlətlərin “peşka”x9dsı olan ermənilərlə mübarizə aparmağa hər cür imkanımız var. Amma ilk cümhuriyyət qurulanda da yaranmış oxşar bir durumdayıq. Böyük qardaşın yardımına ehtiyacımız var. On minlərlə qurbanların hesabına qazandığımız uğurları gözü götürməyənlər var. Öz imperialist fikirlərindən daşınmayan qüvvələr bizim uğurlarımızı həzm edə bilmir. Əgər vətən mücahidlərinin ruhları qarşısında rahat olmağımızı istəyiriksə, biz bu uğurlarımızı qorumalıyıq. Bunun üçün bizim birliyimiz çox mühüm önəm kəsb edir. Bu birliyi yaradacaq və möhkəmləndirəcək şəxslərdən birincisi ölkə prezidentidi. Mən elə başa düşürəm ki, bütün siyasi dustaqların azad edilməsi və xalqın rifah halının yaxşılaşdırılması bu birliyin təməl daşıdı. Biz içimizdəki bütün narazılıqları vətən naminə kənara qoymalıyıq. Və elə başa düşürəm ki, bu sahədə artıq müəyyən işlərə start verilib. Bu yerdə bir məsələni xatırlatmaq istərdim. Türk dünyasının dahi sərkərdələrində olan Mustafa Kamal Atatürkün vaxtında bir nəfə ona yaxınlaşıb deyir ki, döyüşlərdə həlak olmuş əsgərlərin anaları yığışıb, onunla görüşmək istəyirlər. Ancaq həmin şəxs dahi şəxsiyyətə həmin analarla görüşməyi məsləhət bilmir. Axı o analar, onlar üçün ən əziz olan övladlarını itirmişdilər. Lakin dahi srəkərdə özündə cürət tapıb, onların qarşısına çıxır və deyir: “Mən siz anaları başa düşürəm. Siz sizlər üçün ən şirin olan övladlarınızı itirmisiniz, o övladları siz yenə doğacaqsız, amma Türkiyə bir daha doğulmayacaq, biz onu qorumalıyıq”x9d.xa0

Ona görə də biz vətən üçün bütün aramızda olan narazılıqları kənara qoyub, əcdadlarımızdan bizə miras qalmış bu vətəni qorumalıyıq və gələcək nəsillərə təhvil verməliyik. Çiçəklənmiş, bütöv Azərbaycanı.xa0
Sözümün sonunda bu gün aktual olan bir məsələyə də toxunmaq istərdim. Mən də çox istərdim ki, Bakının xilaskarı olmuş Nuru paşanın xatirəsi əbədiləşdirilsin. Bu həm ona, həm də o vaxt Azərbaycanda şəhid olmuş minlərlə türk əsgərlərinə olan bir ehtiram olardı. Həmçinin iki qardaş xalqlar arasında olan qardaşlıq münasibətlərinin əyani təzahürü olardı. xa0xa0

Vasif Qazi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

End of content

No more pages to load

RADİO