Talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğa görə mülki iddialar QALDIRILIB

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azad Məcidov məhkəməyə 2 mülki iddia daxil olduğunu elan edib. 

Məhkəməyə mülki iddia ilə müraciət edən Günay Ağayeva uşağının müalicəsi üçün xalqdan dəstək alaraq yığdığı 25 min manatı tələb edib. Digər müraciət edən Nərgiz Mahmudova isə ona dəymiş 9 min manat ziyanın ödənməsini istəyib.

Daha sonra hakim təqsirləndirilən Aynur Bayramovanın qızı Əsmər Əlizadə adından məhkəməyə ərizə daxil olduğunu elan edib. Azad Məcidov ərizə barədə bunları deyib:

"Ərizədə məni tənqid etmisiz, lap yaxşı. Yazmısız ki, yuxarı dairələrə müraciət etmisiz. Bəs ərizədə niyə ananınızın tutulma səbəbini yazmamıssız?"

Daha sonra təqsirləndirilən Aynur Bayramovanın vəkili Elnur Quliyev onun ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, iş üzrə məhkəməyə baxılması üçün disk təqdim edib. Vəkil hakimlərdən xahiş edib ki, diski izlədikdən sonra vəsatətə baxılsın, o, vəsatətin bağılmamış saxlanmasını istəyib.

Digər təqsirləndirilən Nuridə Seyidovanın vəkili isə məhkəmədən vəsatətin təmin edilməsini xahiş edib.

Müşavirədən sonra ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyi açıqlanıb. Vəkilin məhkəməyə təqdim etdiyi diskə isə sənədlərin tədqiqi mərhələsində baxılacağı elan edilib.

A. Bayramovanın digər vəkili məhkəmənin düzgün aparılmadığını bildirib, hakimlərə etiraz edib. Verilən etiraz qəbul edilməyib.

Sonda iş üzrə zərərçəkmiş Aysel Abdullayeva mülki iddia ilə çıxış edib. Zərərçəkən ona dəymiş 20 min 900 manat və mənəvi ziyan kimi isə 8 min manat pulu təqsirləndirilən Aynur Bayramovadan tələb edib. Mülki iddia icraata götürülüb.

Proses mayın 29-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü

Putin Kazanda Hakan Fidanla görüşdü

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

End of content

No more pages to load

RADİO