Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 

Görüş zamanı, Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


C. Bayramov ölkələr arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib.

O, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas regional nəqliyyat və logistika marşrutlarında oynadığı rolun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti, tranzit və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. C. Bayramov bu il Azərbaycanın sədrliyi çərçivəsində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitinin dialoq və etimadın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərə töhfə verdiyini qeyd edib.
 

Tərəflər rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətini qeyd ediblər.


Təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin perspektivləri nəzərdən keçirilib.

Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələr arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğu bildirilib.

Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, xüsusilə enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl keçid istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

C. Bayramov Azərbaycanda bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.

Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.

C. Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər, habelə regionda davamlı sülh və sabitliyin təmin olunması üzrə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
 

Bununla yanaşı, tərəflər Vaşinqtonda keçirilmiş tarixi sammitin regional əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib, sammit çərçivəsində əldə olunmuş nəticələrin yeni imkanlar yaratdığını vurğulayıblar.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

End of content

No more pages to load

RADİO