Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmada “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibinin də növbəti mərhələdəki rəqibi bəlli olub.
Bu cütün qalibi ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək. Türkiyənin “Beşiktaş” komandası isə bu mərhələdə “Midtyulland”la üz-üzə gələcək. Bu mərhələnin oyunları 23 və 30 iyulda keçiriləcək.
Bizim.Media