Biləsuvar-Bəhramtəpə yolunda ağır qəza baş verib.
Bizim.Media xəbər verir ki, yolun Biləsuvar rayonu, Agayır kəndində Biləsuvar Yol İdarəsinin xidmətdə olan Ford markalı nəqliyyat vasitəsi "Mercedes" markalı yük maşını tərəfindən vurulub.
Nəticədə Yol İdarəsinin işçiləri olan bir nəfər ölüb, 3 nəfər yaralanıb.


Sabutay, Bizim.Media, Cənub bürosu