Ötən gün Quba və Xaçmaz rayonlarına güclü yağış və dolu düşüb.
Quba Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, bütün yaşayış məntəqələri ilə əlaqə saxlanılıb.
Doludan sonra Quba şəhərində yeni açılmış ticarət mərkəzinin zirzəmisinə yağış suları dolub.
Gecə zirzəmidən suyun çəkilməsi işlərinə başlanılıb. Xaçmazda isə fəsadlar barədə məlumat hələlik açıqlanmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu