Gəncə şəhərində xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Verdiyev, 1997-ci il təvəllüdlü B.Ələkbərov və 2002-ci il təvəllüdlü F.Əsədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu