Cəlilabadda zəncirvari qəza olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Həsən Əsgərli idarə etdiyi "Nissan QASHQAİ" markalı avtomobillə hərəkətdə olarkən, yol kənarında hərəkətsiz halda dayanan iki minik maşınına çırpılıb və yolun hərəkət hissəsində aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, qəzaya Həsən Əsgərlinin idarə etdiyi avtomobilin qarşısına piyadanın çıxması səbəb olub.
Sabutay, Bizim.Media, Cənub bürosu