Lənkəran rayonu ərazisində bu gün yerli vaxtla saat 17:23 radələrində Lənkəran seysmik stansiyasından 16 kilometr şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 5.2 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Məlumata görə zəlzələ baş verən ərazilərlə əlaqə saxlanılıb. Hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək məlumat daxil olmayıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu